
Beş il ərzində robotlar cərrahları əvəz edə biləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə amerikalı sahibkar və “Neuralink” neyrotexnologiya şirkətinin rəhbəri İlon Mask “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Belə ki, bloger Mario Naufalın cərrahiyyədə robot texnikasının irəliləyişinə dair yazısını şərh edən Mask qeyd edib ki, çox yaxın gələcəkdə robotlar yaxşı cərrahları, təxminən beş ildən sonra isə hətta ən yaxşılarını keçəcək.
Sahibkar həmçinin bildirib ki, “Neuralink” insan beyin toxumasına elektrodlar daxil etmək üçün cərrahi robotdan istifadə edib.
Mask insanın lazımi sürət və dəqiqliyi olmadığı üçün belə bir işi yerinə yetirə bilməyəcəyini bidirib.
Qeyd edək ki, avqustun 1-də süni intellektə malik robot insan üzərində ilk diş əməliyyatını həyata keçirib.