“Qarabağ” mövsümün sonuna 4 tur qalmış Azərbaycan çempionu oldu


"Qarabağ" futbol klubu Azərbaycan Premyer Liqasının 32-ci turunda çempionluğunu rəsmiləşdirib.
Yeniavaz.com
xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda “Sabah”la qarşılaşmada 1:1 hesablı bərabərlik əldə edib.
Bu nəticə ilə Ağdam təmsilçisi ən yaxın izləyicisi “Zirə”ni 13 xal qabaqlayıb. Çempionatın sonuna 4 tur qaldığı üçün "Zirə" artıq "Qarabağ"a çatmaq imkanını itirib.
Beləliklə, "Qarabağ" mövsüm başa çatmadan 12-ci dəfə Azərbaycan çempionu adını qazanıb.

 

DİGƏR XƏBƏRLƏR

Top