
"Titanik" gəmisindən sağ çıxan polkovnik Arçibald Qreysə məxsus məktub hərracda 400 min dollara satılıb.
Yeniavaz.com "The Guardian"a istinadən xəbər verir ki, polkovnik Qreys 1912-ci il 10 aprel tarixində yazdığı məktubda "Titanik" haqqında ilk təəssüratlarını bölüşərək, belə qeyd edib: "Bu, gözəl gəmidir, lakin mən onun haqqında hökm çıxarmazdan əvvəl səyahətimin sonuna qədər gözləyəcəyəm".
Məktub, Henri Aldridge və oğlu tərəfindən İngiltərənin Viltşir bölgəsində təşkil olunan hərracda, ilkin gözlənilən qiymətdən beş dəfə ucuz təklif olunaraq satılıb. Hərrac təşkilatçılarına görə, bu, "Titanik"də yazılmış məktub üçün indiyədək qeydə alınan ən yüksək satış qiymətidir.
