Pakistan ordusu Hindistan sərhədində atəş açıb – KİV

pakistan-hindistan nəzarət xəttində atışma – gərginlik artır
Pakistan əsgərləri şənbə və bazar gününə keçən gecə Hindistan Birliyinin Cammu və Kəşmir ərazisinin Nəzarət əttini atəşə tutub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Hindistanın PTI agentliyi mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, sərhəddə atışma Tutmari Qali və Rampur bölgələrində qeydə alınıb. Mənbələrin bildirdiyinə görə, Hindistan ordusunun şəxsi heyəti atıcı silahlardan atəşlə cavab verib.
Ölən və yaralananlar barədə məlumat verilmir.
PTI qeyd edib ki, Hindistan-Pakistan sərhədində atəşkəs razılaşması Cammu və Kəşmirdə Pahalqam terror hücumundan sonra üçüncü dəfədir pozulub.

DİGƏR XƏBƏRLƏR

Top