İlham Əliyev Syerra-Leone və CAR başçılarını təbrik etdi

“ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır”
Prezident İlham Əliyev Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bioyni təbrik edib.
Yeniavaz.com
xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli cənab Prezident,
Syerra-Leone Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram”.
Həmçinin Prezident Cənubi Afrika Respublikasının Prezidenti Zati-aliləri cənab Matamela Siril Ramafozanı təbrik edib:
“Hörmətli cənab Prezident,
Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Cənubi Afrika arasında dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə, uğurlar, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram”.

DİGƏR XƏBƏRLƏR

Top