“Düşünürəm ki, bəlkə də Putin müharibəni dayandırmaq istəmir” – Tramp


“Putinin (Rusiya Prezidenti Vladimir Putin – red.) son bir neçə gündə mülki ərazilərə, şəhərlərə və qəsəbələrə raketlər atması üçün heç bir səbəb yox idi”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz sosiaı şəbəkə hesabında yazıb.
“Bu məni düşünməyə vadar edir ki, bəlkə o, müharibəni dayandırmaq istəmir. Bəlkə də o, sadəcə məni yönləmdirir və ola bilsin ki, məsələyə başqa tərəfdən baxmaq lazımdır: “Bank işi” və ya növbəti sanksiyalar? Çox insan ölür”, - Tramp bildirib.
O, həmçinin sözügedən paylaşımda Ukraynadakı müharibə ilə bağlı ABŞ hakimiyyətinin tənqid olunduğu yazıya görə “New York Times” qəzetini və onun jurnalistini tənqid edib.

DİGƏR XƏBƏRLƏR

Top