
“Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrindən azad edilməsi əməliyyatı başa çatıb”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ali Baş Komandan Vladimir Putinə Kursk vilayətinin azad edilməsi üzrə əməliyyatın başa çatması barədə məruzə edib”, - Peskov bildirib.
Görüş videokonfrans vasitəsilə keçirilib.