
ABŞ Prezidenti Donald Tramp Vatikanda Papa Fransiskin dəfn mərasimindən əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ilə qısa görüş keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İtaliyanın bir sıra KİV-ləri məlumat yayıb.
Bundan əvvəl Zelenskinin mətbuat katibi Sergey Nikiforov onun rəhbəri ilə Tramp arasında görüş olduğunu təsdiqləyib.
Digər tərəfdən, Tramp və Zelenski Vatikanda Papa Fransiskin dəfn mərasimindən sonra əlavə danışıqlar aparmaq barədə razılığa gəliblər.
Bu barədə “Sky News” telekanalı məlumat yayıb .
Qeyd edək ki, pontifikin dəfn mərasimində 160 nümayəndə heyəti, o cümlədən 60-dan çox dövlət və hökumət başçısı, həmçinin Aİ rəhbərliyi iştirak edir.