İBB əməliyyatlarında yeni dalğa – 53 nəfər haqqında həbs qərarı çıxarıldı


Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı həyata keçirilən əməliyyatlar çərçivəsində 53 nəfər haqqında həbs qərarı çıxarılıb.
Yeniavaz.com
yerli KİV-ə istinadla xəbər verir ki, əməliyyat bu gün səhər saatlarında başlayıb və 47 nəfər saxlanılıb.
Saxlanılanlar arasında Əkrəm İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlunun böyük qardaşı Cevdet Kaya və saxlanılan İBB Medya AŞ İdarə Heyətinin sədri Murat Ongunun həyat yoldaşı Gözdem Ongun, İBB Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun şəxsi katibi Kadriye Kasapoğlu, İBB baş katibinin müavini Arif Gürkan Alpay və İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) baş direktoru Şafak Başa da var.

DİGƏR XƏBƏRLƏR

Top