
Vatikan Roma Papası Fransisk üçün 9 günlük matəm elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Vatican News” məlumat yayıb.
Məlumata görə, doqquz günlük matəm onun dəfn olunduğu gün, aprelin 26-da başlayacaq və mayın 4-də başa çatacaq.
Bu müddət ərzində Müqəddəs Pyotr Bazilikasında hər gün dua mərasimləri keçiriləcək.
Matəm müddətinin Roma Papası Fransiskin ölümündən sonra atılacaq addımları müzakirə edən katolik kardinalların görüşü zamanı qərara alındığı bildirilir.
Kardinalların yeni papa seçəcəyi konklavın tarixi hələ müəyyən edilməyib. Bununla belə, seçki papanın ölümündən 15-20 gün sonra başlamalıdır.
Qeyd edək ki, Papa Fransiskin cənazəsinin olduğu tabut aprelin 23-də Vatikanda yerləşən Müqəddəs Pyotr Bazilikasına qoyulub.
İctimai vida mərasimi üç gün davam edəcək.