AQTA: “Zaur Kərimov 4 ay əvvəl istefa verib” – Yenilənib


“Zaur Kərimov 4 ay bundan əvvəl istefa verib”.
Yeniavaz.com
xəbər verir ki, bunu AQTA-nın mətbuat katibi İlkin Kərimov “Qafqazinfo”ya bildirib.
O deyib ki, Manset.az-da gedən xəbər köhnə məlumat əsasında hazırlanıb.
“Zaur Kərimov 4 ay bundan əvvəl, yəni daha dəqiq desək, 16 dekabr 2024-cü ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilib və elə həmin tarixdən etibarən bu vəzifəni Cəbrayılov Elşad Mehman oğlu icra edir”.

***11:29
Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional bölməsinin rəisi vəzifəsindən istefa verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Manset.az məlumat yayıb.
Bildirilib ki, qurumun Bakı Regional bölməsinin rəisi Zaur Kərimov ərizə yazaraq AQTA-nın sədri Qoşqar Təhməzliyə təqdim edib.
“Daha sonra Q.Təhməzlinin müvafiq əmri ilə Zaur Kərimov tutduğu vəzifəsindən azad edilib. Onun vəzifəsi Qida Təhlükəsizlik Agentliyinin Hüquq şöbəsinin müdiri Elşad İsgəndərova həvalə edilib. Zaur Kərimovun istefa vermə səbəbi bəlli deyil”, - sayt yazır.
Qeyd olunub ki, məlumatı AQTA-dan təsdiq ediblər.

DİGƏR XƏBƏRLƏR

Top