Rusiyada hərbi hissədə partlayış olub – KİV


Rusiyanın Vladimir vilayətinin Kirjaç rayonunda partlayış baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Avdeyev məlumat yayıb.
O, hadisənin təfərrüatlarını açıqlamayıb, lakin qeyd edib ki, hadisə yerində iş aparılır.
“Baza” teleqram kanalı yerli sakinlərə istinadən yazıb ki, bir neçə partlayış olub və onlar hərbi hissənin ərazisində baş verib. Çox güman ki, söhbət 11785 saylı hərbi hissədən gedir.
“112” teleqram kanalının məlumatına görə, Vladimir vilayətində Rusiya Müdafiə Nazirliyinin Baş Raket və Artilleriya İdarəsinin 51-ci arsenalına güclü hücum olub və Mirnı və Barsovo kəndlərinin sakinlərindən evlərini tərk edərək Kirjaxa getmələri xahiş olunur. “Ostrojno Novosti” kanalı yazıb ki, Moskva tərəfdən Kirjaça gedən yol bağlanıb.
Teleqram kanalların məlumatına görə, Barsovo, Mirnı, Zvezdnıy, Dubki, Perşino, Xrapki və Qribanovo kəndlərində təxliyə elan edilib. Bu yaşayış məntəqələri partlayışların baş verdiyi yerdən beş kilometr radiusda yerləşir.

DİGƏR XƏBƏRLƏR

Top