“Oskar”ın növbəti təqdimat tarixi məlum oldu


Növbəti Akademiya Mükafatlarının təqdimetmə mərasimi 2026-cı il martın 15-də keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Kino Akademiyası məlumat yayıb.
“Oskar” mükafatının 98-ci mükafatlandırma mərasimi 15 mart 2026-cı il tarixdə, yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 02:00) keçiriləcək”, - deyə məlumatda qeyd edilib.
Məlumata görə, namizədlər 22 yanvar 2026-cı il cümə axşamı günü elan ediləcək.
Qeyd edək ki, bu il “Oskar” mükafatlarının təqdimetmə mərasimi martın 3-də keçirilmişdi.
Xatırladaq ki, “Oskar” kino mükafatı 2027-ci ildən başlayaraq, ən yaxşı kaskadyor işi üçün də təqdim olunacaq. Yeni nominasiyada mükafat almaq üçün iştirak və səsvermə qaydaları daha sonra açıqlanacaq.

DİGƏR XƏBƏRLƏR

Top