“ChatGPT”yə təşəkkür etməyin!


“OpenAI” “ChatGPT”də “Təşəkkür edirəm” və ya “Zəhmət olmasa” kimi nəzakətli cavabları təmin etmək üçün hər il on milyonlarla dollar xərcləyir.
Yeniavaz.com
“Tom's Hardware” portalına istinadla xəbər verir ki, bu barədə “OpenAI”nin baş direktoru Sem Altman bildirib.  
Onun sözlərinə görə, hesablamalar göstərir ki, “ChatGPT”yə nəzakətlə mesaj yazıb “Təşəkkür edirəm” və ya “Zəhmət olmasa” deyənlərə görə, “ChatGPT” əlavə elektrik enerjisi sərf edir. Nəticədə, şirkət bu nəzakətli ifadələr üçün hər il 10 milyonlarla dollar xərcləməyə məcbur olur.
Süni intellektin hissləri olmasa da, istifadəçilər instinktiv olaraq ona bir insan kimi təşəkkür edir və nəticədə, Altmanın qeyd etdiyi kimi, ən qısa cavablar belə (məsələn, “Xoş gəldin” kimi) ciddi xərclərə səbəb olur.
Buna baxmayaraq, Sem Altman əmindir ki, bu xərclərə dəyər. Onun fikrincə, bu ifadələr süni intellektlə daha mehriban və daha səmimi qarşılıqlı əlaqə formatı yaradır.
Onun sözlərinə görə, “OpenAI” xərcləri azaltmaq üçün şablon cavablar tətbiq etməyi nəzərdən keçirir, lakin digər tərəfdən də, söhbəti təbii saxlamağa üstünlük verir.
İlk baxışdan cansız proqram qarşısında nəzakət nümayiş etdirmək mənasız görünə bilər. Bununla belə, bir çox AI tərtibatçıları bunun vacib olduğunu iddia edirlər. Məsələn, “Microsoft”un dizayn meneceri Kurtis Bivers nəzakətli sözlərin yekun cavaba təsir etdiyini irəli sürür. Onun fikrincə, nəzakətli sözlər həmçinin modelin sonradan təqlid etdiyi “peşəkarlıq səviyyəsi”ni müəyyən edir.

DİGƏR XƏBƏRLƏR

Top