
Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin deputatı Siyavuş Novruzovun son 7 plenar iclasda iştirak etməməsinə dair məlumat yayılıb.
Yeniavaz.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, millət vəkili Milli Məclisin hazırda baş tutan plenar iclasında iştirak edir.
Ötən gün parlamentin İntizam Komissiyasının sədri Eldar İbrahimov Siyavuş Novruzovun icazəli olduğunu bildirmişdi.
Maraqlıdır ki, deputatın harada olmağı ilə bağlı yayılan məlumatdan sonra o, 3 aylıq fasiləyə az qalmış parlamentə gəlib. S.Novruzov sonuncu dəfə fevralın 3-də Milli Məclisdə olmuşdu.