Tramp Papanın dəfn mərasiminə iştirak edəcək


ABŞ Prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trampla birlikdə Papa Fransiskin dəfn mərasimində iştirak edəcək.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “Truth Social” sosial şəbəkə hesabında bildirib.
“Melaniya və mən Romada Papa Fransiskin dəfn mərasimində iştirak edəcəyik”, - Tramp qeyd edib.
Qeyd edək ki, bundan əvvəl “The New York Post” qəzeti ABŞ Prezidentinin iş qrafiki ilə tanış olan mənbələrə istinadla yazıb ki, Trampın pontifikin dəfn mərasimində iştirak etmək üçün Vatikana gələcəyi gözlənilir.
Trampın özü əvvəllər dəfn mərasimində iştirak edib-etməyəcəyini jurnalistlərə söyləməkdə çətinlik çəkmişdi.
Qeyd edək ki, sələfi XVI Benediktin (1927-2022) taxtdan əl çəkməsindən sonra 2013-cü ildən Roma Katolik Kilsəsinə rəhbərlik edən Fransisk aprelin 21-də 89 yaşında vəfat edib. Onun vida mərasimi Müqəddəs Pyotr Bazilikasında baş tutacaq. Dəfn mərasimi ölüm tarixindən dördüncü və altıncı günlər arasında keçirilməlidir. Dəqiq tarixi kardinallar çərşənbə axşamı müəyyən edəcək.

DİGƏR XƏBƏRLƏR

Top