Mursinin edam cəzası ləğv edildi

Misirdə 2013-cü il iyulun 3-dı hərbi çevrilişdən sonra həbs edilmiş keçmiş prezident Məhəmməd Mursi haqqında verilmiş edam cəzası Kassasiya Məhkəməsi tərəfindən ləğv edilib. “Yeniavaz.az”ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Vadi'n-Natrun Həbsxanası Hadisəsi” kimi də tanınan “həbsxanalara basqın” işində edam cəzasına məhkum edilmiş M. Mursinin yenidən mühakimə edilməsi tələb olunur. Bununla da daha əvvəl başqa işlərə görə ömürlük həbs cəzası alan M.Mursi haqqında verilmiş hər hansı bir edam cəzası qalmayıb.

DİGƏR XƏBƏRLƏR

Top