
İsveçrənin Davos şəhərində hər il keçirilən Dünya İqtisadi Forumunun (WEF) təsisçisi Klaus Şvab istefa verəcək və təşkilatın sədri və qəyyumlar şurasının üzvü vəzifəsini tərk edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə WEF məlumat yayıb.
“88 yaşım tamam olması ilə əlaqədar olaraq, Qəyyumlar Şurasının sədri və üzvü kimi dərhal istefa verməyə qərar verdim”, - Şvab bildirib.
Qeyd olunur ki, forumun müvəqqəti sədri vəzifəsinə əvvəllər WEF-in sədr müavini vəzifəsində çalışmış Piter Brabek-Letmat təyin edilib.