Çin ABŞ Konqresinin üzvlərinə qarşı sanksiyalar tətbiq etdi


Çin ABŞ Konqresinin üzvlərinə, eləcə də Çinin daxili işlərinə qarışmaqda ittiham olunan amerikalı rəsmilərə və qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatına istinadla “South China Morning Post” (SCMP) qəzeti məlumat yayıb.
“Çin hökuməti Honq-Konqla bağlı məsələlərdə qeyri-adekvat davranan ABŞ Konqresinin üzvlərinə, rəsmilərə və QHT rəhbərlərinə sanksiya tətbiq etmək qərarına gəlib. Amerika tərəfinin istənilən qanunsuz hərəkəti Çin tərəfindən qətiyyətli cavab və müvafiq əks tədbirlərlə qarşılanacaq”, - deyə məlumatda qeyd edilib.  
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Tszyakun da bu qərarın ABŞ-nin Çinin Honq-Konqdakı mərkəzi hökumət idarələrinə və inzibati bölgədəki 6 məmura qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq verildiyini bildirib.
O vurğulayıb ki, ABŞ-nin bu cür tədbirləri Honq Konqun və Çinin daxili işlərinə ciddi müdaxilədir.

DİGƏR XƏBƏRLƏR

Top