
ABŞ Prezidenti Donald Trampın administrasiyası Harvard Universiteti üçün dövlət maliyyəsini daha 1 milyard dollar azaltmağa hazırlaşır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.
Buna səbəb universitetin öz siyasətində dəyişiklik etmək istəməməsi olub.
Nəşr qeyd edir ki, ixtisarlar səhiyyə sahəsində tədqiqatlar üçün ayrılan qrantlara təsir göstərəcək.
Qeyd edək ki, aprelin 15-də Tramp Harvarda siyasi təşkilat kimi yanaşmağı və universiteti vergidən azad statusundan məhrum etməyi təklif edib. ABŞ Təhsil Nazirliyi Harvardla bağlı 2,2 milyard dollar qrantın və 60 milyon dollarlıq uzunmüddətli müqavilələrin dondurulduğunu elan edib.
Həmçinin bildirilib ki, Amerika administrasiyası bu elit ali təhsil müəssisəsi ilə ümumi məbləği təxminən 9 milyard dollar olan qrant və müqavilələri nəzərdən keçirmək niyyətindədir.