
FHN məlumat yayaraq bildirib ki, yanğından mühafizə bölmələrinin müdaxiləsi sayəsində Binəqədi rayonunda yerləşən obyektdəki yanğının yayılmasının qarşısı alınıb.
Yeniavaz.com xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlərin görüldüyü bildirilib.
Qeyd olunub ki, əlavə məlumat veriləcək.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi isə məlumat yayaraq Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində baş verən yanğın səbəbindən Ziya Bünyadov və Atatürk prospektləri, Cəfər Xəndan, Əcəmi Naxçivani küçələrindən Səttar Bəhlulzadə, Ağasadıq Gəraybəyli küçələri istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edildiyini bəyan edib.
Qeyd olunub ki, yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün yol polisi tərəfindən tədbirlər görülür.
***15:33
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub:
“Hazırda yanğınla mübarizə tədbirləri davam edir. Əlavə məlumat veriləcək”.