
Çeçenistan lideri Ramzan Kadırov böyük oğlu Axmat Kadırova Qroznının “Fəxri vətəndaşı” adını verib.
Yeniavaz.com xəbər verir ki, A. Kadırova bu ad mərhum çeçen güləşçi Buvaisar Saitayevin adını daşıyan İdman Güləş Mərkəzinin açılışı zamanı təqdim olunub.
Qeyd edək ki, 19 yaşlı Axmat Kadırov Çeçenistan Respublikasının idman naziridir. Ramzan Kadırovun böyük oğlunun hansı xidmətlərinə görə “Fəxri vətəndaş” adına layiq görüldüyü məlum deyil.
Çeçenistan liderinin digər (üçüncü) oğlu, 17 yaşlı Adam Kadırov bu yaxınlarda respublikanın Daxili İşlər Nazirliyinin departamentinin kuratoru təyin edilib. 2023-cü ilin noyabrında Adam Kadırova Çeçenistan Respublikası rəhbərinin təhlükəsizlik şöbəsi həvalə edilib. Adam Kadırov bu vəzifəyə təyin olunanda onun 15 yaşı var idi.

Axmat Kadırov