Tramp nazirlərlə danışıb tarifləri dayandırdı – WSJ


ABŞ Prezidenti Donald Tramp maliyyə naziri Skott Bessent və ticarət naziri Hovard Lutniklə danışdıqdan sonra iqtisadi tariflərin tətbiqini dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) məlumat yayıb.
Bildirilib ki, departament rəhbərləri Trampı aqressiv tarif planını dayandırmağa çağırsalar da, ABŞ prezidentinin ticarət müşaviri Piter Navarro rüsumların saxlanılmasında israr edib.
WSJ yazır ki, Bessent və Lutnik ilə danışdıqdan sonra Trump, “Truth Social” səhifəsində bəzi tarifləri dayandırmaq qərarına gəldiyini yazıb.
 İddia olunur ki, Trampın ticarət müşaviri Navarro ABŞ prezidenti ilə departament rəhbərləri arasında söhbət barədə məlumatlandırılmayıb.
Qeyd edək ki, Trampın bir neçə ticarət tariflərinin aprelin 2-də qüvvəyə minməsindən sonra birjalar çöküb və bu, Ağ Evdə dərin narahatlığa səbəb olub.
Aprelin 9-da Tramp danışıqlara hazır olduqlarını nümayiş etdirən ölkələrə tarif artımını 90 gün müddətinə dayandıracağını açıqlamışdı. Bessent Kanada və Meksikaya tətbiq olunan tariflərin də dayandırıldığını açıqlayıb. Eyni zamanda, Amerika lideri Çindən gələn məhsullara rüsumları 125%-ə qaldırıb.

DİGƏR XƏBƏRLƏR

Top