Çin Rusiyadan neft idxalını kəskin azaldıb


Birinci rübdə Çin Rusiya neftinin idxalını illik müqayisədə 14,7% azaldıb və bu göstərici 24,315 milyon tona bərabər olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.
Bildirilib ki, bu dövrdə Rusiyadan neft tədarükünün dəyəri 13 milyard dollar təşkil edib ki, bu da 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 22% azdır.
Rusiya hələ də Çinə neft tədarükçüləri arasında birinci yerdədir. Neft Rusiyadan Çinə bütün tədarüklərin dəyərinin 40%-dən çoxunu təşkil edir.
Martda Rusiya Çinə 8,85 milyon ton neft tədarük edib ki, bu da fevral ayı ilə müqayisədə 14% çoxdur. Çin bu xammalı Rusiyadan 4,6 milyard dollara idxal edib ki, bu da ötən aydan 9% çoxdur.
Qeyd edək ki, 2024-cü ildə Çin Rusiyadan neft tədarükünü 1,3% artıraraq 108,47 milyon tona çatdırıb.

DİGƏR XƏBƏRLƏR

Top