Çin nüvə olmayan “hidrogen bombasını” sınaqdan keçirib


Çinli tədqiqatçılar heç bir nüvə materialından istifadə etməyən hidrogen əsaslı partlayıcı qurğunu uğurla sınaqdan keçiriblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) məlumat yayıb.
Bildirilib ki, çöl sınaqları dağıdıcı kimyəvi zəncirvari reaksiyaya səbəb olub.
Nəşrin məlumatına görə, qurğu Çin Dövlət Gəmiqayırma Korporasiyasının (CSSC) 705 Araşdırma İnstitutu tərəfindən hazırlanıb. Bu bombada maqnezium hidrid adlı kimyəvi birləşmədən istifadə edilib. İki kiloqramlıq cihazın sınaq partlaması zamanı temperaturu 1000 dərəcə selsidən çox olan alov topu yaranıb.
SCMP-nin məlumatına görə, Xalq Azadlıq Ordusunun bu cür silahlardan istifadə etmək niyyətində olub-olmadığı və ya necə istifadə olunacağı hələ aydın deyil.

DİGƏR XƏBƏRLƏR

Top