
İspaniya çempionatının 32-ci turunda lider “Barselona” “Selta Viqo”nu qəbul edib.
Yeniavaz.com xəbər verir ki, dramatik görüşdə meydan sahibləri 4:3 hesabı ilə qalib gəliblər.
İlk qolu 12-ci dəqiqədə (Ferran Torres) “Kataloniyalılar” vursa da, qonaqların heyətində Borxa İqlesias 15, 52 və 62-ci dəqiqələrdə fərqlənərək komandasını hesabda 3:1 önə keçirib.
Daha sonra isə meydan sahiblərinin heyətində Dani Olmo (64) və Rafinya (68) fərqlənib və hesab bərabərləşib.
Görüşün əlavə vaxtında hakim “Selta Viqo”nun qapısına penalti təyin edib. Braziliyalı cinah oyunçusu Rafinya 90+7-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib və komandasına qələbə qazandırıb.
Qeyd edək ki, turnir cədvəlinə “Barselona” 73 xalla başçılıq edir, “Selta” isə 43 xalla 7-ci yerdədir.