
Misli Premyer Liqasının XXXI turu çərçivəsində “Qarabağ” “Neftçi” ilə görüşüb.
Yeniavaz.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda Ağdam təmsilçisi 3:0 hesabı ilə Bakı təmsilçisini məğlub edib.
Oyunda Abdullah Zubir (22), Yassin Benzia (40) və Nəriman Axundzadə (41) fərqlənib.