“Ukrayna NATO-nun bir hissəsi olmayacaq” – Kelloq


“Kiyevin alyansa qoşulması məsələsi müzakirə olunmur”.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Fox News” telekanalının efirində bildirib.
“Biz çox açıq şəkildə bildirdik: NATO-dan söhbət gedə bilməz. Siz (Ukrayna -red.) NATO-nun bir hissəsi olmayacaqsınız. Bu ideya yeni deyil. Biz bu barədə 2008-ci ildən danışırıq”, - Kelloq qeyd edib.
Qeyd edək ki, bir müddət əvvəl Amerika lideri Donald Tramp bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Ukraynanı NATO-ya üzv olmaq istəyinə baxmayaraq, bu, heç vaxt baş verməyəcək. ABŞ lideri həmçinin hesab edir ki, Ukrayna münaqişəsi Kiyev hakimiyyətinin alyansa qoşulmaq istəyinə görə başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top