
İran və ABŞ nümayəndə heyətləri Romadakı danışıqlar zamanı bir sıra məsələlərdə daha geniş qarşılıqlı anlaşma əldə edə biliblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi dövlət televiziya və radio şirkətinə müsahibəsində deyib.
“Bu gün danışıqlar dörd saat davam etdi və biz irəliləməyə davam edəcəyik. Bu dəfə biz bir sıra məsələlər üzrə daha geniş qarşılıqlı anlaşma əldə edə bildik”. - nazir deyib.