“Ford” bəzi avtomobil modellərinin Çinə çatdırılmasını dayandırdı


Amerikalı avtomobil istehsalçısı “Ford” Vaşinqton və Pekin arasında gedən ticarət müharibəsi səbəbindən bəzi modellərinin Çinə tədarükünü müvəqqəti olaraq dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, “Ford” bu həftə F-150 “Raptor” pikapları, “Mustang” idman kupeləri və “Bronco” yolsuzluq avtomobillərinin tədarükünü dayandırıb. Şirkətə məxsus “Lincoln's Navigator” SUV-nin Çinə çatdırılması da dayandırılıb.
Nəşr qeyd edir ki, Çinin yuxarıda adı çəkilən avtomobillərə olan rüsumları son vaxtlar 150%-ə qədər artıb və F-150 pikapının flaqman versiyasının qiyməti təxminən 100.000 dollardır. Ümumilikdə şirkət keçən il Çinə yuxarıda adı çəkilən modellərdən təxminən 5500 avtomobil göndərib.
Eyni zamanda, qəzet qeyd edir ki, “Ford” mühərrikləri və transmissiyalarının Çinə çatdırılması davam edir.
Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top