
Rusiya Prezidenti Vladimir Putin Pasxa bayramı münasibətilə atəşkəs elan edib.
Yeniavaz.com xəbər verir ki, bunu dövlət başçısı Baş Qərargah rəisi Valeri Gerasimovla görüşündə deyib.
Bununla da, Rusiya aprelin 19-u Moskva vaxtı ilə saat 18:00-dan (Bakı vaxtı ilə 19:00-dan - red.) aprelin 21-i Moskva vaxtı ilə saat 00:00-a (Bakı vaxtı ilə 01:00 - red.) kimi bütün hərbi əməliyyatları dayandıracaq.