Ziya Bünyadov prospektində təmir aparılır – Bəzi yollarda sıxlıq var


Bakıda yolda təmirlə bağlı sıxlıq yaranıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Naziriliyinin Nəqliyyatı İntelektual İdarəretmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, Nərimanov rayonu, Ziya Bünyadov prospektində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.
Bu səbəbdən Ziya Bünyadov prospekti, “Koroğlu” metro stansiyası istiqamətində, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, Ziya Bünyadov prospekti istiqamətində, Nərimanov rayonu, Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində nəqliyyat sıxlığı yaranıb.

DİGƏR XƏBƏRLƏR

Top