Qəzzada son 48 saatda 90-dan çox fələstinli öldü


İsrail ordusunun anklavda keçirdiyi əməliyyatlar nəticəsində son 48 saat ərzində Qəzza zolağında ən azı 92 fələstinli ölüb, 220-yə yaxın fələstinli yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.
“Son iki gündə Qəzzada 92 nəfər ölüb, 219 nəfər yaralanıb”, - nazirlikdən bildirilib.
Qəzza Səhiyyə Nazirliyi həmçinin əlavə edib ki, 2023-cü ilin oktyabrından Qəzza zolağında ölənlərin sayı 51 157 nəfərə, yaralananların sayı isə 116 724 nəfərə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top