Çində ilk dəfə robotlar insanlarla yarışdı – Fotolar

 
21 insanabənzər robot şənbə günü Pekində “Yizuan” yarımmarafonunda minlərlə qaçışçıya qoşulub.
Yeniavaz.com
“Reuters” agentliyinə isitnadla xəbər verir ki, bu robotlar ilk dəfə 21 km məsafədə insanlarla yarışıblar.
Yarışda “DroidVP” və “Noetix Robotics” kimi Çin istehsalçılarının robotları iştirak edib.
Robotları insan təlimçiləri müşayiət edib. Onlardan bəziləri yarış zamanı robotlara fiziki dəstək verməli olub.
Robotlar sabit qaçış nümayiş etdirsələr də, onların hamısı finiş xəttinə çata bilməyib.
Yarışın qalibi 2 saat 40 dəqiqə 42 saniyə ilə Pekin İnsanabənzər Robotlar İnnovasiya Mərkəzindən “Tiangong Ultra” robotu olub.
Robottexnika mərkəzinin baş texnologiya direktoru Tanq Tszian, “Tiangong Ultra”nın performansına uzun ayaqların və insanların marafonda necə qaçdıqlarını təqlid etməyə imkan verən alqoritmin kömək etdiyini bildirib. O, robotun yarış zamanı cəmi üç dəfə batareya dəyişdirdiyini qeyd edib.
İnsanabənzər robotlar son bir il ərzində Çində bir neçə dəfə yarışa çıxsalar da, bu, insanlarla baş tutan ilk yarış olub.

DİGƏR XƏBƏRLƏR

Top