Ziya Bünyadov prospektində qəza: Tıxac yarandı – Video


Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Bakı Poladəritmə Zavodunun yaxınlığında qəza baş verib və bu səbəbdən metronun “20 Yanvar” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Mərkəzin müşahidə kamerası bu gün baş verən qəzanı qeydə alıb.
“Nəqliyyat vasitələrinin daha çox istifadə etdiyi çox zolaqlı belə yollarda qəza olduqda, yaranan sıxlıq bitşik digər küçə və prospektlərdə də ləngimələrə səbəb olur.
Mərkəzin əməkdaşlarının yol polisi ilə koordinasiyalı şəkildə gördüyü tədbirlər nəticəsində qısa müddət ərzində yolda intensivlik bərpa olunub”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top