İlham Əliyev Mövlud Çavuşoğluya başsağlığı verdi


Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin millət vəkili Mövlud Çavuşoğluya atasının vəfatı ilə bağlı başsağlığı məktubu göndərib.
Yeniavaz.com
xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Çavuşoğlu.
Ailənizə üz vermiş ağır itki – atanız Osman Çavuşoğlunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu üzüntülü anlarda dərdinizə şərik çıxır, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirəm.
Allah rəhmət eləsin!”

DİGƏR XƏBƏRLƏR

Top