Çavuşoğluya ağır itki üz verdi: Bayramovdan başsağlığı


Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin sabiq xarici işlər naziri, hazırkı millət vəkili Mövlud Çavuşoğluya başsağlığı verib.
Yeniavaz.com
xəbər verir ki, nazir bu barədə “X” hesabında yazıb.
“Qardaş Türkiyə Respublikasının keçmiş xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili, dəyərli qardaşımız və dostumuz Mövlud Çavuşoğlunun atası Osman Çavuşoğlunun vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladım.
Mərhumun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin, məkanı cənnət olsun!” – Ceyhun Bayramov bildirib.

DİGƏR XƏBƏRLƏR

Top