
Florida Dövlət Universitetinin Tallahassi şəhərindəki kampusunda atışma baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “NBC News” mənbələrə istinadən məlumat yayıb.
Yerli xəstəxanadan telekanala verilən məlumata görə, 1 nəfər ölüb, daha 6 nəfər yaralanıb. Zərərçəkənlərdən birinin vəziyyəti kritik digərlərinin ağırdır.
WFTV telekanalı mənbələrə istinadən xəbər verir ki, atışma nəticəsində 5 nəfər həlak olub. Bildirilib ki, atəş açan iki nəfər olub: biri saxlanılıb, ikincisi öldürülüb.
Hüquq-mühafizə orqanlarının rəsmisi bildirib ki, saxlanılan şəxsin üzərində tapança olduğu aşkarlanıb. Bundan əlavə, otaqların birində tapança, saxlanılan şəxsin avtomobilindən isə daha bir tapança aşkar edilib.
Universitetdə bütün dərslər ləğv edilib.