“Uitkoff Rusiyanın strategiyasını qəbul edib” – Zelenski


“ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Ukrayna ərazilərinin Rusiya və Ukrayna arasında sülh sazişinə daxil edilməsi ehtimalı ilə bağlı bəyanatları ilə rus rəvayətlərini yayır”.
Yeniavaz.com
xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşü zamanı deyib.
Zelenski təkrar edib ki, Kiyev Rusiya Federasiyasının ilhaq etdiyi Ukrayna ərazilərini heç vaxt Rusiya kimi tanımayacaq:
“Mən hesab edirəm ki, cənab Uitkoff Rusiya tərəfinin strategiyasını özü üçün qəbul edib. Məncə, bu, çox təhlükəlidir, çünki o, - şüurlu və ya şüursuz, bilmirəm - rus hekayələrini yayır”.
Onun sözlərinə görə, Uitkoffun Ukrayna xalqına məxsus olan Ukrayna ərazilərini müzakirə etmək mandatı yoxdur:
“Ona görə də mən Uitkoffun nədən danışdığını heç cür başa düşmürəm. Biz hamımız bunu cənab Putinin cəfəngiyyatı kimi eşitdik. Düşünmürdüm ki, onun bu hekayələri digər sivil ölkələrdə yaymağa davam etmək üçün düzgün adamları var. Ona görə də mən bunu ciddi qəbul etmirəm”.
Xatırladaq ki, “Reuters”in məlumatına görə, Uitkoff ABŞ Prezidenti Donald Trampı inandırıb ki, Ukraynada atəşkəsə nail olmağın ən sürətli yolu Rusiyanın 2022-ci ildə ilhaq etdiyini elan etdiyi Ukraynanın dörd bölgəsi üzərində nəzarəti Rusiyaya verməkdir.

DİGƏR XƏBƏRLƏR

Top