Rusiya Yaponiya səfirliyinə etiraz etdi


Rusiya ölkə sərhədləri yaxınlığında təlim atışları keçirmək planlarına görə Yaponiya səfirliyinə kəskin etiraz edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat yayılıb.
“Aprelin 17-də Yaponiyanın Moskvadakı səfirliyinə cari ilin iyun ayında Hokkaydo adasında Rusiya Federasiyasının sərhədlərinə yaxın ərazidə 200 km-ə qədər mənzilli Tip-88 raketləri ilə təchiz edilmiş SSM-1 gəmi əleyhinə raket komplekslərindən təlim atışlarının keçirilməsi planları ilə bağlı sərt etiraz edilib”, - məlumatda bildirilib.
Nazirlik Rusiyanın Uzaq Şərq sərhədləri yaxınlığında bu cür təxribat xarakterli hərbi fəaliyyəti milli təhlükəsizliyə potensial təhdid kimi qiymətləndirib və bunu qəti şəkildə qəbuledilməz hesab edib:
“Tokionun bu cür hərəkətləri Şimal-Şərqi Asiyada və bütövlükdə Asiya-Sakit okean regionunda gərginlik səviyyəsinin artmasına gətirib çıxarır”.

DİGƏR XƏBƏRLƏR

Top