“Azərbaycan və Ermənistana əsas sahələrdə kömək etməyə hazırıq” – Zaxarova


“Rusiyalı mütəxəssislər sərhədlərin delimitasiyası və demarkasiyası üzrə təcrübələrini Azərbaycan və Ermənistanla bölüşməyə hazırdırlar”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
Bundan başqa, Zaxarova qeyd edib ki, Rusiya münaqişə illərində yığılıb qalmış humanitar problemlərin həllində ölkələrə yardım göstərə bilər:
“Biz azərbaycanlı və erməni tərəfdaşlarımıza iki ölkə arasında barışıq üçün bütün əsas sahələrdə kömək etməyə hazırıq. Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi ixtisaslaşmış üçtərəfli işçi qrupu çərçivəsində nəqliyyat və iqtisadi kommunikasiyaların bloklanmasında gözəl inkişaflarımız var. Biz sərhədlərin delimitasiyası və demarkasiyası üzrə təcrübəmizi bölüşməyə hazırıq. Bu sahədə bizim mütəxəssislər, mənə elə gəlir ki, postsovet məkanında ən yaxşı mütəxəssislər kimi tanınırlar. Bizim unikal kartoqrafik materialımız da var və Ermənistan-Azərbaycan münaqişəsi illərində toplanmış humanitar məsələlərin həllinə kömək edə bilərik”.
Nümayəndə əlavə edib ki, danışqlar üçün iki ölkəyə platforma təqdim edə bilər:
“Əlbəttə, biz hər zaman Azərbaycan və Ermənistan nümayəndələri arasında ikitərəfli məsələlərin bütün spektri, o cümlədən sülh müqaviləsinin bağlanması üzrə danışıqlar üçün Rusiya platforması təqdim etməyə hazır olduğumuzu təsdiqləyirik”.

DİGƏR XƏBƏRLƏR

Top