Həbsxanadan cəbhəyə aparılan azərbaycanlı Ukraynada həlak oldu – Fotolar


Ukrayna ordusunun sıralarında Rusiyaya qarşı vuruşan azərbaycanlı Sənan Möhsümov həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Aygün Muradxanlı sosial şəbəkə hesabında məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan digər məlumata görə, Rusiya ordusunun tərkibində Ukrayna silahlı qüvvələrinə qarşı döyüşən Gürcüstanın Bolnisi rayonunun Arıxlı kənd sakini Hüseyn İsayev də həlak olub.
“Teleqraf” 1993-cü il təvəllüdlü H. İsayevin Rusiyadakı həbsxanadan müharibəyə cəlb edildiyini yazıb. Bildirilib ki, o, Tula vilayətində qəsdən adam öldürmə cinayətinə görə cəzaçəkmə müəssisəsinə yerləşdirilibmiş.

DİGƏR XƏBƏRLƏR

Top