
İngiltərənin “Liverpul” futbol klubu niderlandlı müdafiəçi Vircil van Deyklə müqaviləni uzadıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 33 yaşlı futbolçu ilə yeni müqavilə iki illikdir.
Qeyd edək ki, Van Deyk 2018-ci ildən “Liverpul”da çıxış edir. Bu mövsüm o, “Liverpul”un heyətində müxtəlif turnirlərdə 44 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlinə “Liverpul” başçılıq edir. Komanda 32 matçda 76 xal toplayıb. Klubun növbəti görüşü aprelin 20-də “Lester”ə qarşı olacaq.