
ABŞ Prezidenti Donald Tramp Rusiya bayrağı altında üzən gəmilərin ABŞ limanlarına daxil olmasına qadağanın müddətini daha bir il uzadıb.
Yeniavaz.com xəbər verir ki, Trampın imzaladığı sərəncam ABŞ Federal Reyestrində dərc olunub.
Sabiq Prezident Co Bayden Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra 2022-ci ildə Rusiya bayrağı altında üzən və ya Rusiyaya bağlılığı olan gəmilərin ABŞ limanlarına daxil olmasını qadağan edib.
ABŞ prezidentinin müəyyən müddətə tətbiq edilən məhdudiyyətləri uzatmaq səlahiyyəti var.
Qeyd edək ki, Donald Tramp administrasiyası Rusiya ilə danışıqlar yolu ilə Ukraynadakı müharibəyə son qoymağa çalışır. Donald Tramp bəyan edib ki, nəticə əldə edə bilməsələr, Rusiyaya qarşı daha da sərt sanksiyalar tətbiq edə bilər.