İş yoldaşlarını xilas etmək istəyərkən həlak oldu – Video


Ötən gün Ağsu çayının Ağsu rayonundan keçən hissəsində selin ekskavatoru aparması nəticəsində tikinti sahəsinin rəisi Pərviz Həyatullayev həlak olub. 
Yeniavaz.com
xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, şirkətin iki əməkdaşı çayda yaranmış sel nəticəsində köməksiz vəziyyətdə qalıb və Pərviz Həyatullayev ekskavatorun çalov hissəsində həmin şəxsləri xilas etmək istəyib. Bu vaxt  güclənən sel ekskavatoru aşırıb.
Bildirilir ki, Pərviz Həyatullayevin həyatını xilas etmək mümkün olmayıb, digər üç nəfər – kömək edən digər şəxs və köməksiz vəziyyətdə qalanlar isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
42 yaşlı Pərviz Həyatullayevin 4 uşaq atası olduğu qeyd olunur.

DİGƏR XƏBƏRLƏR

Top