
ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff Avropa ölkələrinin nümayəndələri ilə Ukrayna müharibəsinin həllini müzakirə etmək üçün aprelin 16-18-də Parisə səfər edəcəklər.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus yazılı açıqlamasında bildirib.
“Rubio və Uitkoff ABŞ prezidenti Donald Trampın qan tökülməsini dayandırmaq məqsədinə nail olmaq üçün avropalı həmkarları ilə danışıqlar aparmaq üçün aprelin 16-18-də Fransanın paytaxtı Parisə səfər edəcəklər”, - diplomat bildirib.
Rubio qeyd edib ki, o, həmçinin Parisdə regionda ümumi maraqları inkişaf etdirməyin yollarını müzakirə edəcək.