Mart ayında təyyarə biletləri kəskin bahalanıb


Bu ilin mart ayı ərzində MDB ölkələrinə təyyarə biletinin orta satış qiyməti 793 manat olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əvvəlki ayla – fevral ilə müqayisədə aviabiletin orta qiyməti 135 manat və ya 20,5% bahalanıb.
Qeyd edək ki, digər ölkələrə təyyarə biletinin orta satış qiyməti daha çox bahalanıb. Belə ki, fevral ilə müqayisədə digər ölklərə olan aviabiletin orta qiyməti 289 manat və ya 58,7% artaraq 781 manat olub.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top