“Şakir Paşa Ailəsi”nin çəkiliş meydançasında yanğın – Ölən var


Azərbaycanda da populyar olan Türkiyə istehsalı “Şakir Paşa Ailəsi: Möcüzələr və Qalmaqallar” serialının çəkildiyi Böyükadanın Nizam Məhəlləsindəki tarixi malikanədə yanğın baş verib.
Yeniavaz.com
yerli KİV-ə istinadla xəbər verir ki, yanğında çəkiliş qrupunun rəhbəri həlak olub.
Məlumata görə, yanğın günorta saatlarında baş verib.
Çəkiliş qrupu rəhbərinin tüstüdən zəhərlənərək, yoxsa, başqa bir səbəblə öldüyü tibbi ekspertizadan sonra müəyyənləşəcək.
Meyit Böyükada Lütfü Kırdar Xəstəxanasına aparılıb.
Qeyd edək ki, ötən ay Osmanlı İmperatorluğunun mühüm ailələrindən olan Şakir Paşa ailəsinin həyatından bəhs edən “Şakir Paşa Ailəsi: Möcüzələr və Qalmaqallar” serialının çəkiliş meydançasında böyük yanğın baş vermis, yanğın nəticəsində 1200 kvadratmetrlik sahəni əhatə edən və Böyükadadakı Şakir Paşa ailəsinin malikanəsini təsvir edən dekorasiya tamamilə yanmışdı.

DİGƏR XƏBƏRLƏR

Top