
Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtda ticarət mərkəzində yanğınla bağlı məlumat yayıb.
Yeniavaz.com xəbər verir ki, Nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərinin “Sülh” və “Nərimanov” küçələrinin kəsişməsində yerləşən ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
“Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli ticarət mərkəzində baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı digər obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”, - məlumatda deyilir.
***09:33
Sumqayıtda ticarət mərkəzində yanğın başlayıb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə “Jalə-94” ticarət mərkəzində qeydə alınıb.
Bildirilir ki, əraziyə FHN əməkdaşları cəlb edilib.