
Almaniyanın lüks avtomobil istehsalçısı “Isdera” iflas elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Bildirilib ki, iflas ərizəsi aprelin 11-də Saarbrükken Rayon Məhkəməsinə verilib.
Qeyd edək ki, 1982-ci ildə Hildesheym şəhərində qurulan “Isdera” yüksək keyfiyyətli lüks avtomobillərin kiçik seriyalı istehsalında ixtisaslaşmışdır. Şirkət məhsullarının yüksək qiymətinə misal olaraq, 2021-ci ildə hərracda 1,2 milyon avroya satılan “Commendatore 112i” modeli təqdim edilir.
Tətbiqimizi yükləyə bilərsiniz